Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO
194873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, Şuşa şəhəri bu gün 15 ailəyə qucaq açıb və daha 57 şuşalının yurd həsrəti bitib.

Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələrə açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.

Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO - foto 1
Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO - foto 2
Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO - foto 3
Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO