Bakı-Gəncə avtobusları yeniləndi - FOTO

Bakı-Gəncə avtobusları yeniləndi - FOTO

Hazırda oxunan: Bakı-Gəncə avtobusları yeniləndi - FOTO
194319
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yayıb.

Məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.

Belə ki, bu gündən daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.
“Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Bakı-Gəncə avtobusları yeniləndi - FOTO - foto 1
Bakı-Gəncə avtobusları yeniləndi - FOTO - foto 2
Bakı-Gəncə avtobusları yeniləndi - FOTO - foto 3
Bakı-Gəncə avtobusları yeniləndi - FOTO - foto 4
Bakı-Gəncə avtobusları yeniləndi - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO