Cəlilabadda bank kartlarından oğurluq hallarına qarşı tədbirlər keçirildi - FOTO

Cəlilabadda bank kartlarından oğurluq hallarına qarşı tədbirlər keçirildi - FOTO

Hazırda oxunan: Cəlilabadda bank kartlarından oğurluq hallarına qarşı tədbirlər keçirildi - FOTO

194105

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub.

Bizim.Media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb.

Lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar yerləşdirilib.

Bundan əlavə, polis əməkdaşları maarifləndirici söhbətlər zamanı vətəndaşlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr verib, bank və şəxsi məlumatların qarşı tərəfə təqdim olunmasının yolverilməzliyini diqqətə çatdırıblar. Vətəndaşlara bu mövzuda ayıq-sayıq olmaq, kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələri tövsiyə edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO