Sürət yarışı keçirib

Sürət yarışı keçirib "TikTok"da paylaşdılar, HƏBS OLUNDULAR – VİDEO

Hazırda oxunan: Sürət yarışı keçirib "TikTok"da paylaşdılar, HƏBS OLUNDULAR – VİDEO

193632

“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyudai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.

DİN-in Baş DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO