Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi

Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi

Hazırda oxunan: Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi
192212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.

Bizim.Media xəbər verir ki, mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Yasamal qəbiristanlığına gətirilib.

Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağı oğlu Vüqar Ağayevə təqdim edilib.
Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub. Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO