Parkda avtoxuliqanlıq etdi, saxlanıldı - VİDEO

Parkda avtoxuliqanlıq etdi, saxlanıldı - VİDEO

Hazırda oxunan: Parkda avtoxuliqanlıq etdi, saxlanıldı - VİDEO
191710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mingəçevirdə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, o, insanların istirahət etdiyi Mingəçevir şəhərində yerləşən “Dostluq” parkına nəqliyyat vasitəsi ilə daxil olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərək bu əməlini sosial şəbəkədə paylaşıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO