Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı 

Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı 

Hazırda oxunan: Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı 

191096

Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsinə dair daha bir yenilik “Rəng” Xəbərdarlıq Sistemi”nə keçidlə bağlıdır.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki, bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir.

SARI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “ORTA RİSK” deməkdir. Yəni, bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçün bəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir.

NARINCI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “YÜKSƏK RİSK” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər.
QIRMIZI XƏBƏRDARLIQ - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ”ÇOX YÜKSƏK VƏ EKSTREMAL RİSK” deməkdir. Təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi və əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO