"Tənəffüsə çıxıb, sonra geri qayıtmayıb" - Məktəb direktoru şagirdin ölümündən DANIŞDI - VİDEO

Hazırda oxunan: "Tənəffüsə çıxıb, sonra geri qayıtmayıb" - Məktəb direktoru şagirdin ölümündən DANIŞDI - VİDEO
190884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Tərtər şəhər 2 saylı orta məktəbin şagirdi başqa məktəbin şagirdi ilə əlbəyaxa dava zamanı ağır xəsarət alaraq dünyasını dəyişib. 

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova məktəblilər arasında düşən davanın təfərrüatı ilə bağlı danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə məktəblilər arasında DAVA - Ölən var  


Direktorun sözlərinə görə, hadisənin baş verdiyi gün şagird cəmi 2 saat dərsdə oturub. Daha sonra isə tənəffüsə çıxıb və geri qayıtmayıb:

“Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək. Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib”. 

G. Əkbərova bildirib ki, digər məktəbli haqqında məlumatı yoxdur. 

Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO