Bu rayonda qazın verilişində fasilə YARANACAQ

Bu rayonda qazın verilişində fasilə YARANACAQ

Hazırda oxunan: Bu rayonda qazın verilişində fasilə YARANACAQ

189847

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Buna səbəb magistral qaz kəmərində eləcə də paylayıcı şəbəkədə təmir-bərpa və yeni tənzimləyicilərin quraşdırılmasıdır.       

Bu barədə Bizim.Media-nın yerli bürosuna Regional Qaz İstismar İdarəsindən məlumat verilib. 

Qeyd olunur ki, "Zaqatala" Qaz Paylayıcı Səbəkəsində qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtrin quraşdırılması ilə əlaqədar səhər saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Zaqatala şəhəri daxil olmaqla rayonun Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir-bərpa işlərinin günün sonuna kimi davam etməsi nəzərdə tutulur. Lakin işlərin gedişində hər hansı başqa problem çıxmazsa qazın verilməsi sürətlənə bilər. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO