Bakıda

Bakıda "Prado" ilə avtoxuliqanlıq edən şəxs HƏBS OLUNDU 

Hazırda oxunan: Bakıda "Prado" ilə avtoxuliqanlıq edən şəxs HƏBS OLUNDU 

189584

"Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin  qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO