Yevlaxda avtoxuliqanlıq edən şəxs TUTULDU

Yevlaxda avtoxuliqanlıq edən şəxs TUTULDU

Hazırda oxunan: Yevlaxda avtoxuliqanlıq edən şəxs TUTULDU

189353

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. 

Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO