Azərbaycanda gələn il Kosmik Texnologiyalar Konfransı KEÇİRİLƏCƏK

Azərbaycanda gələn il Kosmik Texnologiyalar Konfransı KEÇİRİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda gələn il Kosmik Texnologiyalar Konfransı KEÇİRİLƏCƏK
189254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Kosmik Agentliyinin paytaxt Ankarada təşkil etdiyi Kosmik Texnologiyalar Konfransı növbəti il Bakının ev sahibliyi etməsi üçün Azərbaycana təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") məlumat yayıb.

Bildirilir ki, Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərin ev sahibi kimi çıxış etməyə imkan verir. İkigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.

Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO