36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU 

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU 

Hazırda oxunan: 36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU 
189133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub. 

Bizim.Media bu barədə İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

“2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının bütün azərbaycanlı qaliblərini təbrik edirik.

Bu il neçə azərbaycanlı tələbənin SI təqaüdü qazandığını təxmin edə bilərsinizmi? 36! Bəli, bu rekord göstəricidir! Azərbaycan 10 faiz nəticə ilə yenə 1-ci yerdədir (357 qalibdən 36-sı azərbaycanlıdır). Onlara İsveçdəki akademik həyatlarında müvəffəqiyyət arzulayırıq”, - diplomatik missiyanın “feysbuk” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib. 

Qeyd edək ki, İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramları öz ölkələrində və regionlarında demokratik, bərabər və dayanıqlı cəmiyyətlər yaratmağa çalışan gələcək dünya liderlərini dəstəkləmək məqsədi daşıyır.
Təqaüdçülər akademik nailiyyətləri, peşəkar, liderlik təcrübələri və dayanıqlı inkişafa töhfə vermək potensialları əsasında seçilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO