Astarada

Astarada "avtoş"luq edən şəxslər HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: Astarada "avtoş"luq edən şəxslər HƏBS EDİLDİ - VİDEO

189045

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar. 

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər. 
 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO