Kür çayında batan Səma ilə atasının axtarışları davam edir - VİDEO

Hazırda oxunan: Kür çayında batan Səma ilə atasının axtarışları davam edir - VİDEO

187132

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Bizim.Media xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO