Helikopterlərimiz məşq uçuşları həyata keçirdi - VİDEO

Hazırda oxunan: Helikopterlərimiz məşq uçuşları həyata keçirdi - VİDEO

186351

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO