Magistraturaya qəbul üçün qeydiyyat BAŞA ÇATIR 

Magistraturaya qəbul üçün qeydiyyat BAŞA ÇATIR 

Hazırda oxunan: Magistraturaya qəbul üçün qeydiyyat BAŞA ÇATIR 

186187

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi - 15565; rus bölməsi - 1117) ərizəsini təsdiq edib. 

Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər. 
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO