Dəm qazından ölən ər-arvadla bağlı yeni TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Dəm qazından ölən ər-arvadla bağlı yeni TƏFƏRRÜAT - VİDEO

186130

Xəbər verdiyimiz kimi, Сəlilabadın Xətai küçəsində fərdi ünvanda ər və arvadın meyiti aşkar olunub. Meyitlər yaxın qonşular tərəfindən evə baxış keçirərkən aşkar edilib.

Bizim.Media xəbər verir ki, 62 yaşlı Şikarov Ağadadaş İxtiyar oğlunun və onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Məhərrəmova Mehparə Cahangir qızının meyitlərində gedən prossesdən onların bir neçə gündən əvvəl öldüyü güman edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda ər-arvad dəm qazından öldü


Hadisə yerinə dərhal müvafiq qurumlar çağrılıb. İlkin ehtimala görə ər-arvad qapalı ev şəraitində dəm qazından həyatların itiriblər.  

Meyitlər hazırda rayon xəstəxanasının morquna təhvil verilib və müvafiq ekspertiza prossedurları keçirilir. Məhrumların qohumları Məhərrəmov Fikrət və Şükürov Nicat onlara bir neçə gün zəng çatmadığını bildiriblər.

Qonşular da məhz ən azı 3 gün əvvəl ər-arvadla rastlaşmadıqlarını qeyd ediblər.   

Xatırladaq ki, ailənin övladları olmayıb. Məhrum Ağadadaş muzdlu işçi kimi fərdi çalışırmış. Bu gün baş verən hadisə ilə bağlı hazırda rayon prokrorluğunda müvafiq maddəyə uyğun cinayət işi qaldırılıb və araşdırmalar aparılır. 
 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO