MTRŞ Zaur Baxşəliyevin verilişini bağladı

MTRŞ Zaur Baxşəliyevin verilişini bağladı

Hazırda oxunan: MTRŞ Zaur Baxşəliyevin verilişini bağladı
18566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.

İclasda 20 aprel 2020-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DƏHŞƏT: Qadın 10 yaşlı oğlanı sünnət etdi - VİDEO


Bizim.Media-ya qurumdan verilən məluymata görə, Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə  21 aprel 2020-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək  cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, qərara səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın ATV-nin efirindəki çıxışı olub.

O  canlı yayımda əməlini etiraf edib və bundan peşiman olmadığnı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO