Astarada baş verən qəzanın TƏFƏRRÜATLARI - Bir ailənin 3 üzvü həlak oldu

Astarada baş verən qəzanın TƏFƏRRÜATLARI - Bir ailənin 3 üzvü həlak oldu

Hazırda oxunan: Astarada baş verən qəzanın TƏFƏRRÜATLARI - Bir ailənin 3 üzvü həlak oldu

185206

Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.

Bizim.Media-nın Cənub bürosunun verdiyi xəbərə görə, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201 ci km.-də Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb. 

Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus iri tonajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək iri tonajlı avtomobilin altına girib. 
Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı qızları Gülxanım  Elman qızı Əliyeva avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilasetmə qurumunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO