Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir

Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir

Hazırda oxunan: Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir
18515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi çərçivəsində yeni üzv olan gənclərlə səmimi görüşlər davam edir.

Görüşlər zamanı "Davam" Gənclər Hərəkatının fəaliyyəti və gələcək layihələri haqqında məlumat verilib.

Bununla yanaşı gəncləri düşündürən məsələlər barəsində səmimi söhbətlər edilib, onların şəxsi inkişafı ilə bağlı fikir və təkliflər dinlənilib. İrəli sürülən təklif və təşəbbüslərlə bağlı geniş müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Davam" Sağlam Ailə Tibb Mərkəzi ilə saziş imzaladı - FOTOLAR


Bu görüşlər nəticəsində gənclərin tələbatının çox olduğu istiqamətlər üzrə əməli addımlar atılıb.

Davamçı gənclərdən gələn sosial sifarişlərdən biri olan ödənişsiz dil kursları artıq fəaliyyətə başlayıb.

Gənclərin təklif və istəklərinin müzakirə olunduğu və yeni ideaların ortaya qoyulduğu     görüşlərdə “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, İdarə heyətinin üzvləri – Natiq Mehdiyev, Məhəmməd Türkmən, Sara Rəcəbli, Sabir Rüstəmov, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

“Davam” Gənclər Hərəkatı fəaliyyətinin şaxələnməsinə göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO