Polis Yevlaxda əməliyyat keçirdi: 13 nəfər tutuldu – FOTO  

Polis Yevlaxda əməliyyat keçirdi: 13 nəfər tutuldu – FOTO  

Hazırda oxunan: Polis Yevlaxda əməliyyat keçirdi: 13 nəfər tutuldu – FOTO  

185119

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəticədə 2 kiloqram narkotik vasitə və psixotrop həb, 1 "Kalaşnikov" avtomatı, 1 "Makarov" tapançası və 1 ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan 5 ədəd ov tüfəngi götürülüb. 

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən 3, axtarışda olan 7 nəfər saxlanılıb. 

Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, səbədsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən 2 sürücü məsuliyyətə cəlb olunub. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO