Bakıda göldə batmaq təhlükəsi ilə üzləşən şəxs belə xilas edildi - VİDEO

Bakıda göldə batmaq təhlükəsi ilə üzləşən şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Bakıda göldə batmaq təhlükəsi ilə üzləşən şəxs belə xilas edildi - VİDEO

184864

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi və batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO