Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov VƏFAT EDİB

Hazırda oxunan: Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov VƏFAT EDİB

184465

Sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov martın 27-də 84 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, N. Abbasov 1940-cı ildə Ordubad şəhərində anadan olub.

O,1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. 
Səfir vəzifəsini tərk etdikdən sonra isə təqaüdə çıxıb.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO