
- A-
- A
- A+
Bayram günlərində təcili tibbi yardıma nə qədər MÜRACİƏT daxil olub? – Rəsmi AÇIQLAMA
Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Belə ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2024 - 26.03.2024-cü il tarixlərində 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, 21.03.2024-cü il tarixində müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, 22.03.2024-cü il tarixində müraciət sayı 2 366, hospital olunanların sayı 214, 23.03.2024-cü il tarixində müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































