Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB/FOTO      

Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB/FOTO      

Hazırda oxunan: Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB/FOTO      
183136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub. 
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər. 

Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 
 
*** 12:44

Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. 

Bizim.Media xəbər verir ki, Qarabağın dilbər güşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini öz yurduna qovuşub. 

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar. 

Bununla da Füzuli şəhərində 596 ailənin, yəni 2245 nəfər məskunlaşması təmin edilib. 

Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB/FOTO       - foto 1
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olundu - YENİLƏNİB/FOTO       - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO