Azərbaycanda bu avtomobillərə ehtiyat hissələri və usta TAPILMIR - VİDEO

Azərbaycanda bu avtomobillərə ehtiyat hissələri və usta TAPILMIR - VİDEO

Hazırda oxunan: Azərbaycanda bu avtomobillərə ehtiyat hissələri və usta TAPILMIR - VİDEO

182657

Son iki ildir ki, Azərbaycana Çin istehsalı olan  avtomobillər çox gətirilir.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi məşhur avtomobil markaları var ki, onların da Çində istehsal olunan modelləri qiymətinin ucuz olması səbəbindən ölkəyə  daha çox idxal olunur. 

Amma həmin maşınların Azərbaycanda ehtiyat hissələrini və ustalarını tapmaq müşkül məsələyə çevrilib.

Dövlət  Statistika Komitəsinin məlumatına görə, son iki ildə Çindən 25 mindən çox avtomobil idxal edilib. Bu isə  ölkəyə idxal edilən avtomobillərin 10 faizini təşkil edir.

Son aylar ərzində isə Çin istehsalı olan “0” kilometr yürüşlü maşınlar ən çox satışa təklif olunan avtomobillər sırasındadır. Lakin ekspertlər bu avtomobillərin xüsusilə təmir və ehtiyat hissələri baxımından əlçatan olmadığını deyirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda böyük bazar payı olan tanınmış brendlər var ki, onların da Çində yığılan modelləri son illərdə bazarda artıb.

Eyni marka və eyni model avtomobil Avropa ölkələrindən deyil, Çindən alınarsa, satış qiyməti 30 faiz daha ucuz başa gəlir. Elə buna görə də alıcılar avtomobilin hansı bazar üçün istehsal olunmasına baxmayaraq, ucuz olanı seçirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023 cü ildə Çindən 255 milyon dollarlıq avtomobil alınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO