Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi Cəmil Əmirov KİMDİR? – DOSYE

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi Cəmil Əmirov KİMDİR? – DOSYE

Hazırda oxunan: Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi Cəmil Əmirov KİMDİR? – DOSYE
182375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib. 

Belə ki, daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov təyin edilib. 

Bizim.Media xəbər verir ki, C.Əmirov 2014-ci ilə kimi Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin EDİLDİ


2014-ci ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. 

2015-ci ilin mayında C.Əmirov Şəmkir rayon Polis şöbəsinin rəisi təyin edilib. O, 2019-cu ilin yanvarınadək bu vəzifəni icra edib.

C.Əmirov, 2019-cu il yanvarın 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib və 5 ildən çoxdur ki, bu vəzifəni icra edirdi.

Qeyd edək ki, Cəmil Əmirov Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO