Qolu amputasiya olunan şəxsə ürək xəstəsi kimi əlillik verilib? - FOTO

Qolu amputasiya olunan şəxsə ürək xəstəsi kimi əlillik verilib? - FOTO

Hazırda oxunan: Qolu amputasiya olunan şəxsə ürək xəstəsi kimi əlillik verilib? - FOTO
182317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişli rayon sakini ona səhv əlillik verildiyini iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, vətəndaşın sol qolu amputasiya olunsa da, ona ürək xəstəsi kimi əlillik verilib.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, İmişli rayon sakini İlqar Seymur oğlu Qurbanovun paylaşdığı videoda sol qolunun amputasiyası  olduğu halda guya ona ürək xəstəliyi ilə bağlı əlillik təyin edildiyi barədə söylədikləri əsassızdır:

“İlqar Qurbanova “sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” diaqnozuna uyğun olaraq əlillik təyinatı aparılıb.

Ona orqanizm funksiyalarının 80%-nin pozulmasına görə, yəni 2-ci dərəcəli müddətsiz (ömürlük) əlillik təyin edilib.

Həmin əlillik dərəcəsi üzrə də İlqar Qurbanova e-sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin təyinatı aparılıb”.

Qolu amputasiya olunan şəxsə ürək xəstəsi kimi əlillik verilib? - FOTO - foto 1
Qolu amputasiya olunan şəxsə ürək xəstəsi kimi əlillik verilib? - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO