Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT  

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT  

Hazırda oxunan: Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT  

181780

“Hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır”. 

Bizim.Media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirib. 

“Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO