3 rayonda qaz olmayacaq

3 rayonda qaz olmayacaq

Hazırda oxunan: 3 rayonda qaz olmayacaq

181474

Bu gün saat 09:30 "Bərdə" ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO