DİN-dən mobil tətbiqlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ - FOTO

DİN-dən mobil tətbiqlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ - FOTO

Hazırda oxunan: DİN-dən mobil tətbiqlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ - FOTO

181126

Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

DİN-dən Bizim.Media-ya daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır:

"Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın".


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO