Bu gün Bakının üç rayonunda qaz OLMAYACAQ 

Bu gün Bakının üç rayonunda qaz OLMAYACAQ 

Hazırda oxunan: Bu gün Bakının üç rayonunda qaz OLMAYACAQ 
180384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakının Xəzər, Xətai və Yasamal rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə fevralın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO