"Necə düşünürsünüz, bu istiqamətdə müzakirələrə başlayaqmı?" - TƏKLİF...

Hazırda oxunan: "Necə düşünürsünüz, bu istiqamətdə müzakirələrə başlayaqmı?" - TƏKLİF...

179266
Son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas diqqət ona yönəldilir ki, tədris ili 1 sentyabrda başlansın -25 mayda bitsin.xa0
İki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etdi. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər.
Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik.

P.S. Biz hələ 12 illik təhsilə də keçməliyik.

Cəsarət Valehov,xa0
Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO