AYNA sədri:

AYNA sədri: "Bakıda avtobusların 50 %-dən çoxu dəyişməlidir"

Hazırda oxunan: AYNA sədri: "Bakıda avtobusların 50 %-dən çoxu dəyişməlidir"

178391

“Hazırda Bakıda 2 min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 1 min avtobus dəyişməlidir”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb:

"Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını, dayanacağın özündə sıxlığın əmələ gəlməsini müşahidə edirik. Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil".

A. Rzayev əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 180 marşrut xətti fəaliyyət göstərir ki, pik saatlarda bu xətlərin təxminən 20-dən çoxunda yüklənmə 90 %-dən çox olur:

"Bu da, həmin marşrutlarda səhər və axşam saatlarında kifayət qədər sıxlıq yaranmasına səbəb olur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO