Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başladı -

Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başladı - "114 TV"

Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başladı - "114 TV"
17827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan "114 TV" internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya QMİ-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə internet televiziyaya xeyir-dua verib.

QMİ sədri deyib ki, kanalın adının 114 olması Allah-təalanın Ramazan ayında nazil etdiyi Qurani-şərifin surələrinin sayı ilə bağlıdır:

“İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər. Burada işləyənlərin və zəhmət çəkənlərin hamısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda televiziyada çıxış edənlərə, iştirakçılara və moizə edənlərə də öz minnətdarlığımı bildirirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO