Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olundu – FOTO 

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olundu – FOTO 

Hazırda oxunan: Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olundu – FOTO 

175820

Bu gün növbəti köç karvanı ilə Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri bu gün 23 ailəyə qucaq açıb və daha 72 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. 

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər. 
Ailələr sevinc hissi ilə açarları təhvil alıb, öz evlərində məskunlaşıblar. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO