Magistraturaya sənəd qəbulu BAŞA ÇATIR 

Magistraturaya sənəd qəbulu BAŞA ÇATIR 

Hazırda oxunan: Magistraturaya sənəd qəbulu BAŞA ÇATIR 
175558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün magistraturaya sənəd qəbulu başa çatır. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək. 

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək. 

29 yanvar saat 09:30-a olan məlumata əsasən 17227 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 15931; rus bölməsi - 1346). 

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz. 

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. 

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO