Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR 

Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR 

Hazırda oxunan: Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR 
174784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızından gedir. 

Bizim.Media Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var 


Oğlu Fərman Nəbiyev Bizim.Media-ya açıqlamasında anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:

"Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizlərin ümidinə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.

Fərman Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:

“3 oğlan və 5 qız olmaqla 8 övlad olmuşuq. 30 -dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm. Çoxdular…(gülür)

Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR  - foto 1
Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR  - foto 2
Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR  - foto 3

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO