TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr… - FOTO  

TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr… - FOTO  

Hazırda oxunan: TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr… - FOTO  
174713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı yeni şirkətlər yaradıb. Həmin şirkətlər "EPISOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:    3104592941), "SAĞLAM HƏYAT" MMC (VÖEN: 4400102811) və "ASMEDİCAL" MMC-dir (VÖEN: 1007166811). 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, sözügedən şirkətlər tibbi laboratoriya və diaqnostik xidmətlər sahəsində fəaliyyət göstərir və TƏBİB-in dövlət xəstəxanalarındakı laboratoriyalarının milyonluq işlərini həyata keçirir. 

Ramin Bayramlı yaxın adamları hesab olunan Yavər Hacısoy və Taleh Əliyevlə bərabər yaratdıqları “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi vasitəsilə isə yeni təsis etdiyi bu şirkətlərə lobbiçilik edirlər.  

TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr… - FOTO   - foto 1

Məlumata görə, TƏBİB heç bir tender keçirmədən "EPISOM" MMC və "SAĞLAM HƏYAT" MMC şirkətləri ilə birbaşa müqavilələr bağlayıb. 

Sözügedən 2 şirkətin təchizat işlərini isə digər yaradılan "ASMEDİCAL" MMC (bu şirkətin qanuni təmsilçisi Ramin Bayramlının yaxını Yavər Hacısoyun qardaşı Qədim Hacıyevdir) vasitəsilə görülür. 

TƏBİB rəhbəri Vüqar Qurbanov əsas vəzifəsi olan dövlət xəstəxanalarının işini təmin etmək əvəzinə, o, ölkə üzrə bütün dövlət xəstəxanalarının laboratoriyalarını və digər diaqnostik xidmətlərini heç bir hüquqi əsası olmadan və tender təşkil etmədən birbaşa müqavilələr bağlamaqla özünə yaxın olan şirkətlərə həvalə etmişdi.

Bu şirkətlərin başında Vüqar Qurbanovun yaxın adamı hesab olunan Xansiyar Babayevin idarə etdiyi “Referans” klinik laboratoriyalar şəbəkəsi gəlir. 

Xatırladaq ki, Ramin Bayramlı 2019–2021-ci illərdə TƏBİB İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO