Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO

Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO

Hazırda oxunan: Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO
173404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıdakı Rus evində "Rus qışı" Festivalı çərçivəsində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti keçirilib. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.

Bizim.Media xəbər verir ki, bayram gecəsinin əvvəlində Rus evi rəhbərinin müavini Dmitri Yeqorov salamlama nitqi ilə çıxış edib, ötən ildə fəal yaradıcılıq əməkdaşlığına görə BMA nümayəndələrinə təşəkkür edərək, onlara mükafat təqdim edib.

Tədbir bayram konsert proqramı ilə davam edib. Tamaşaçılar üçün keçmiş illərin ən sevimli hitləri və yerli və xarici estradanın müasir vokal və instrumental hitləri səsləndirilib.

Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyar Əliyev, BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, həmçinin Cavid Babayev, Amin Heydərov, Ramil Davudzadə və aktyor və rejissor Samir Ələsgərov dinləyicilərə unudulmaz gün bəxş ediblər.
Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub.

Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO - foto 1
Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO - foto 2
Bakıdakı Rus Evində Köhnə Yeni il münasibətilə konsert keçirildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO