Bakıda internet kəsintiləri aradan qaldırılacaq

Bakıda internet kəsintiləri aradan qaldırılacaq

Hazırda oxunan: Bakıda internet kəsintiləri aradan qaldırılacaq

171690
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin internet sürəti və kəsintilərlə bağlı qarşılaşdığı problemin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.xa0

Moderator.az xəbər verir ki, bu barədə BTRİB-dən bildirilib.

Məlumata əsasən, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib:xa0

“BTRİB-in daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılımış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir”x9d.

Qurumdan onu da bildiriblər ki, dəyişkən hava şəraiti ilə əlaqədar rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellərküləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO