Atasının maşında unutduğu uşaq istidən ölüb

Atasının maşında unutduğu uşaq istidən ölüb

Hazırda oxunan: Atasının maşında unutduğu uşaq istidən ölüb

622882

ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub.

Bizim.Media xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib.
 

"Oğlanın atası onu səhər uşaq bağçasına aparmalı idi, lakin oğlunun hələ də maşında olduğunu unudub və işə gedib. Atası uşağı götürmək üçün uşaq bağçasına getdiyi zaman başa düşüb ki, onu, ümumiyyətlə, oraya aparmayıb", - deyə məlumatda bildirilib.


Yetkinlik yaşına çatmayan uşağın cəsədini axtarışlarda iştirak edən uşaq bağçasının direktoru Lesli Novoa aşkar edib.

Məhz o, avtomobilin qapısını açıb və arxa oturacaqda öz yetirməsini ölü tapıb. Uşaq bağçasının direktoru hadisəni ortaq faciə adlandırıb.

Polis hadisənin səbəblərini araşdırır. Qeyd olunur ki, bu insident artıq uşaqlarla bağlı üçüncü haldır - Floridada havanın temperaturu hazırda orta hesabla +38 dərəcəyə çatır. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO