Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Hazırda oxunan: Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO
622820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb.

Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.
 

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.


Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 1
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 2
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 3
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 4
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 5
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 6
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 7
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 8
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 9
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 10
Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO