“Media Masası”nın ikinci buraxılışı efirə hazırlaşır

“Media Masası”nın ikinci buraxılışı efirə hazırlaşır

Hazırda oxunan: “Media Masası”nın ikinci buraxılışı efirə hazırlaşır

622872

Media məkanında maraqla qarşılanan REAL TV-nin yeni layihəsi “Media Masası”nın ikinci buraxılışı efirə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu dəfə verilişin qonaqları REAL TV-nin baş direktoru Mir Şahin Ağayev və “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov olacaq. Verilişin moderatoru isə “Media Masası”nın ideya müəllifi Vəfa Həmzəyevadır.

İkinci buraxılışda televiziyanın rəqəmsal platformalar dövründə rolu, ənənəvi və alternativ media münasibətləri, sosial şəbəkələrin informasiya gündəminə təsiri, süni intellekt, reytinq, dezinformasiya, etibar və medianın gələcəyi müzakirə olunacaq.

Verilişdə sosial şəbəkələrdən gələn suallar da qonaqlar tərəfindən cavablandırılacaq.

Müzakirədə “Televiziya sosial şəbəkələrlə necə rəqabət aparmalıdır?”, “Ənənəvi media alternativ media qarşısında öz rolunu necə qoruyur?”, “Süni intellekt dövründə jurnalistin əsas üstünlüyü nədir?”, “Media dəyişərkən hansı dəyərlər dəyişməməlidir?” kimi suallar ətrafında fikir mübadiləsi aparılacaq.
 

“Media Masası”nın əsas ideyası media haqqında kənardan danışmaq deyil, medianın özünü müzakirənin mərkəzinə gətirməkdir.


Veriliş tezliklə REAL TV-də yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO