İki radionun ümumölkə və regional yayımı üçün radiotezliklər ayrılıb

İki radionun ümumölkə və regional yayımı üçün radiotezliklər ayrılıb

Hazırda oxunan: İki radionun ümumölkə və regional yayımı üçün radiotezliklər ayrılıb

169974

Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2023-cü il tarixində keçirilən növbəti iclasında boş və istifadəyə yararlı radiotezliklərin ayrılması məsələsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Audiovizual Şuranın müvafiq qərarları ilə "Azərbaycan Beynəlxalq Radiosu"nun ümumölkə yayımının təmin edilməsi üçün "Bakı Teleqüllə Kompleksi"ndən 92,5 MHs, "Şuşa" RTYS-dan 89,2 MHs, "Astara" RTYS-dan 95,2 MHs, "Yalama" (Xaçmaz rayonu) RTYS-dan 97,4 MHs, "Danaçı" (Zaqatala rayonu) RTYS-dan 98,0 MHs radiotezlikləri ümumölkə yerüstü radio yayımçısı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılıb.
Bununla yanaşı, qərara əsasən "CBC FM"-in Qarabağda və Şərqi Zəngəzurda yayımının genişləndirilməsi məqsədilə "Şahyeri" (Xocavənd rayonu) RTYS-dan 93,8 MHs radiotezliyi regional yerüstü radio yayımçısı "Caspian İnternational Broadcasting Company" MMC-nin istifadəsinə ayrılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO