Bayram günlərində Şuşaya giriş məhdudlaşdırılacaq - SƏBƏB

Bayram günlərində Şuşaya giriş məhdudlaşdırılacaq - SƏBƏB

Hazırda oxunan: Bayram günlərində Şuşaya giriş məhdudlaşdırılacaq - SƏBƏB

169895

Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.

Bizim.Media axar.az-a istinadən xəbər verir ki, 31 dekabr - 2 yanvar tarixlərində fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.

Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.

“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO