Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat olub

Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat olub

Hazırda oxunan: Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat olub

169747

Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Agentliyin Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Əliyev Coşqun Vidadi oğlu Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 
Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO