ƏƏSMN-nin e-xidmətlərinə 11 ayda 17,2 milyon müraciət qeydə alınıb

ƏƏSMN-nin e-xidmətlərinə 11 ayda 17,2 milyon müraciət qeydə alınıb

Hazırda oxunan: ƏƏSMN-nin e-xidmətlərinə 11 ayda 17,2 milyon müraciət qeydə alınıb
169367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin 11 ayında 17,2 milyon müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 7,3 milyon dəfə istifadə olunub.

Sosial ödənişlər üzrə 217 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 355 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Yanvar-noyabr aylarında ümumilikdə nazirlikdə 368 milyon e-sorğu, müraciət və xidmət sayı qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO