Ərini hamamda saxlayan qadın:

Ərini hamamda saxlayan qadın: "Onu oradan da çıxaracağam"

Hazırda oxunan: Ərini hamamda saxlayan qadın: "Onu oradan da çıxaracağam"

169308
Uzun illər əvvəl ayrılan ər və arvad eyni həyətdə yaşayır. Qadın yarımçıq tikilidə, kişi isə həyətdəki hamam üçün tikilən daxmada”¦

Gəncədə yaşayan ər və arvad Qalib Xankişiyev xa0və Xanım Ocaqverdiyeva əslində 15 il əvvəl ayrılıblar. Əlilliyi olan Qalib Xankişiyev bu müddət ərzində qardaş və bacısının yanında yaşayıb. Keçmiş həyat yoldaşı yaşayan evə isə bir neçə ay əvvəl qayıdıb. Xanım Ocaqverdiyeva da ona hamamda yer verib.xa0

Kişi xa0ata yurdunu keçmiş həyat yoldaşı ilə birlikdə satdığını, buna görə də indiki evdə yaşamağa haqqının çatdığını bildirir.xa0

O, başqa gedəcəyi yerinin olmamasını əsas gətirərək bu həyətdə onun da payının olduğunu deyir.xa0

Xanım Ocaqverdiyeva isə deyir ki, keçmiş ərindən boşandıqdan sonra başqa adamla evlənib. Bir müddət sonra ondan da ayrılıb. Hazırda yarımçıq tiktirdiyi evdə 3 uşagı ilə bərabər yaşayır. Keçmiş ərini çətin vəziyyətə salmaqda ittiham olunan qadın hazırda bir yerdə yaşamasına heç bir əsas olmadığını deyir. Çünki 15 il əvvəl boşanıblar, evi də ayrıldıqdan sonra qadın tikib. Baxmayaraq ki, kişinində dediyi kimi, ona atasından qalan evi keçmişdə birlikdə satıblar.xa0

Qalibin qaldığı daxmada işıq və qaz var, içəri çarpayı və maqnitafon qoyulub. Evdə bişən yeməkdən də ona verilir. Ancaq qadın evi tək tikdiyini, mülkiyyət hüququnun da ona aid olduğunu əsas gətirərək kişini tezliklə qaldığı yerdən də çıxaracağını deyir.(Xezerxeber)

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO